Saç tökülməsi olanların DİQQƏTİNƏ! - Hər gün yumaq xeyirlidir...?

Mövsümi
keçidlər, stress, balanssız qidalanma və bəzi zərərli vərdişlər immun
sistemimizi mənfi təsir edən amillərdəndir. Ancaq bu amillərdən təkcə bədənimiz
deyil, saçlarımız da eyni dərəcədə təsirlənir və diqqətlə baxılan saçlar
tel-tel tökülür. Bununla belə, saç tökülməsini tamamilə dayandırmaq mümkündür.
Saçlar yuyularkən, daranarkən və ya özbaşına tökülə bilər. Gün ərzində 50-100
tükün tökülməsi normal sayılsa da, bu miqdar 100 teli keçərsə, saçda xeyli
azalma olarsa, saç telləri incələşirsə, bunun altında yatan səbəbləri öyrənmək
üçün həkimə müraciət etmək lazımdır.
Referans.az
xarici mediaya istinadən saç tökülməsinin qarşısını almanın bəzi yollarını
araşdırıb.
Saçınızı hər gün yumayın
Saçınızı hər
gün çox isti su ilə yumayın. Bunun əvəzinə hər gün isti, çox təzyiqli olmayan
su ilə yuyun və saç tipinizə uyğun bir şampun istifadə edin. Şampun və ya
sabunu hər yuma üçün iki dəfədən çox istifadə etməyin. Şampunlama zamanı baş dərisini
yumşaq bir şəkildə masaj edin. Yuma ilə yanaşı, həftədə bir dəfədən çox
saçınızı fenlə qurutma və ya düzləşdirici və ya buruq ilə düzəltməyin. Saç
boyama, perma kimi üsullardan uzaq durun. Saçınızı hər gün seyrək dişli daraq və
ya təbii tükləri olan fırçalarla darayın.
Bu qidaları istehlak edin
Qalın saçlar
üçün istifadə etdiyiniz xarici müalicələrlə yanaşı pəhriziniz də çox önəmlidir.
Saçların köklərini qidalandırmaq və böyüməsini təmin etmək üçün lazım olan
zülalı lobya, mərcimək, yumurta, yağsız qatıq və pendirlə qarşılamaq olar. Hər
gün 2 dilim pendir, 2 stəkan süd və ya 2 kasa qatıq seçimlərindən birini
istehlak edərək saçlarınızı protein və kalsiumla doyurun.
Bundan əlavə
gündəlik bir porsiya paxlalı bitkilər (6 xörək qaşığı susuz), 150 q qırmızı ət/balıq
və ya bir ovuc badam/fındıq tərkibindəki sinklə saç köklərini stimullaşdırır və
həmin nahiyədəki hüceyrələrin maddələr mübadiləsini tənzimləyir.
Hər gün 2 stəkan süd içmək
Sağlam
saçlar üçün vacib olan digər vitamin biotindir. Biotin ehtiyacı həftədə bir dəfə
qaraciyər, böyrək, midye, omar, alabalıq, toyuq döşü, yumurta sarısı, paxlalı
bitkilər, gül kələm və ya kartof ilə həftədə 2-3 dəfə ödənilə bilər. Yaşıl
yarpaqlı tərəvəzlər və yaşıl lobya saçınızın ehtiyacı olan A vitamini ilə zəngindir.
Saçınızın təbii dövranını qorumaq üçün hər gün E vitamini və əsas yağ turşuları
ilə zəngin olan bir ovuc qoz, fındıq və ya badam istehlak edin.
Saç köklərini və baş dərisini qoruyan, saçların böyüməsini, parlaqlığını və davamlılığını təmin edən gündə bir kök istehlak etmək kifayətdir. Bundan əlavə, sağlam saçlar üçün lazım olan fitoestrogen miqdarını qarşılayan balqabaq tumları hər gün 1 qəhvə fincanına qədər istehlak edilə bilər.